Millət vəkili: “Ermənistana beynəlxalq sanksiyalar tətbiq olunmalıdır” AÇIQLAMA
"Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa yeniliyin olacağı inandırıcı deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məcbur etmək üçün onlara beynəlxalq sanksiyalar tətbiq olunmalıdır: "Düşünürəm ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Daglıq Qarabağ münaqişəsi ilə bağlı təkliflər irəli sürə bilər. Ancaq erməni hiyləgərdir və bu səfər çərçivəsində münaqişənin həllində hansısa irəliləyişin olması real deyil. İndiki mərhələdə Dağlıq Qarabağ münaqişəsində sülh yolu ilə irəlliyişə nail olmaq üçün mütləq Ermənistana beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Məhz Ermənistan beynəlxalq arenadan təcrid edilməklə, daha dərin iqtisadi çətinliklərlə üz-üzə qoyularaq münaqişənin sülh yolu ilə həllinə məcbur edilməlidir. İkinci variant isə hərb yoludur ki, Azərbaycanın güclü, qüdrətli ordusu bu məsələni qısa bir zamanda həll edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB