Prezident "Azəravtoyol” ASC-nin işçilərinə fəxri adlar verib

Prezident "Azəravtoyol” ASC-nin işçilərinə fəxri adlar verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin:

Əliyev Ziyəddin İsmayıl oğlu

Qasımov Əflatun Allahyar oğlu.

Bütün xəbərlər Facebook səhifəmizdə