"Azərbaycan-Aİ münasibətləri bir sıra dairələri narahat etməyə başlayıb"
"Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərində məqsəd Avropa İittifaq ilə görüşlər keçirib, əməkdaşlıq səviyyəsində yeni sazişin taleyi haqqında müzakirələr aparmaq idi". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səməd Seyidov deyib.
Azərbaycan prezidentinin təşəbbüsünün Avropa İttifaqının səlahiyyətli nümayəndələri tərəfindən dəstəkləndiyini dilə gətirən S. Seyidov qeyd edib ki, Aİ ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bəyanatlar ortaya qoymaqla yanaşı, Cənub Qaz Dəhlizi layihəsinə yüksək qiymət verib: "Lakin bu bir sıra dairələri narahat etməyə başladı və bununla da ölkəmizə qarşı provakasiyalara başladılar: "Orada bir neçə deputat Azərbaycanla bağlı müzakirələr təşkil etməyə çalışdılar. Amma onların məqsədi həyata keçmədi. Bu iki şəxsin etdiyi Avropa Parlamentinin tarixində utanc kimi yadda qaldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB