Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb. Sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra müddəti, icraya məsul qurumlar və şəxslər müəyyən edilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, təhsil və tədris müəssisələrində şair, yazıçı və elm xadimlərinin iştirakı ilə görüşlər, "dəyirmi masa"lar keçiriləcək. Bundan əlavə, vətənpərvərlik mövzusunda müsabiqələrin, şeir saatlarının, müharibəyə dair əsərlərin oxucu müzakirələrinin təşkili və digər fəaliyyətlər də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB