“Dunya Miyatoviçin fikirləri cəfəngiyyatdır”

“Dunya Miyatoviçin fikirləri cəfəngiyyatdır”

"Dövlətin suverenliyi əleyhinə səslənən fikirlər, təhqiredici ifadələr fikir azadlığı kateqoriyasına aid edilə bilməz". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli ATƏT-in media üzrə nümayəndəsi Dunya Miyatoviçin "Tvitter" səhifəsində Aleksandr Lapşinin işini bloqqer fəaliyyəti ilə əlaqələndirməsinə münasibət bildirərkən deyib.

Politoloq Miyatoviçin yanaşmasının tamamilə əsassız olduğunu vurğulayıb: "Dövlətin parçalanmasına rəvac verən bölücü fkirlərin səsləndirilməsi də söz azadlığı ola bilməz. Bu adam Azərbaycan dövlətçiliyini təhqir edib, ərazi bütövlüyümüzlə bağlı təhrikçi mövqelər sərgiləyib. Belə olan halda onun məsuliyyəti olmamalıdır?! Fəlsəfi kateqoriya var: azadlıq və məsuliyyət. Orada çox aydın şəkildə izah olunub ki, insan azadlıqları hara qədərdir. O hədd başa çatandan sonra insanın məsuliyyəti başlayır. Məsuliyyət və azadlıqlar bir-biri ilə ahəngdarlıq təşkil edən ayrı- ayrı kateqoriyalardır. Ona görə də bu şəxsin əməlləri fikir azadlığına aid ola bilməz. Lapşin bizim sərhədlərimizi pozaraq qanunsuz şəkildə Dağlıq Qarabağa gedib. Azərbaycan sərhəddini qeyri-leqal olaraq keçib. Bütün bunlar ağır cinayət əməlidir və əlbəttə ki, cinayət məsuliyyəti yaradır. ATƏT nümayəndəsinin söylədiyi fikirlər cəfəngiyyatdır və onları qəbul etmək mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə