Fransa-Azərbaycan münasibətləri qədim tarixə malikdir. SİA-nın məlumatına görə, bunu Fansanın Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi Jean-Vincent Plasen jurnalistlərə deyib. O bildirib ki, iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli səfərlər bu əlaqələrin daha da inkişafına səbəb olur: "Dövlət başçılarının, həmçinin nazirlərin səfərləri həyata keçirilib. Eyni zamanda Fransa şirkətləri Azərbaycanda təmsil olunur. Şadam ki, Fransa Azərbaycanda yüksək səviyyədə təmsil olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB