Rusiya XİN Lapşinlə bağlı bəyanat verdi

Rusiya XİN Lapşinlə bağlı bəyanat verdi

Rusiya Xarici İşlər Nazirliyi bloqger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə əlaqədar bəyanat yayıb. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bəyanatda deyilir:

"Məlumata görə, fevralın 7-də Belarus Respublikasının Ali Məhkəməsi qapalı rejimdə Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunması haqqında Belarusun Baş Prokurorluğunun qərarından verilmiş şikayəti təmin etməyib. Rusiya Belarusla mövcud müttəfiqlik əlaqələrinin ruhuna uyğun olmayan məlum qərardan dərin məyusluq hissi keçirir".

Bəyanatda vurğulanıb ki, Rusiya öz vətəndaşının tezliklə ailəsinə qaytarılması məqsədilə onun qanuni maraq və hüquqlarının qorunması üçün bütün tədbirləri görəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə