Azərbaycanda səfir kimi çalışmaq qürurvericidir. Ölkə Prezidenti İlham Əliyev və digər rəsmilərlə görüşdə mən isti münasibəti hiss etdim. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Pakistan İslam Respublikasının Azərbaycandakı yeni səfiri Said Xan Mohmand deyib. O bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: "Bu il diplomatik münasibətlərimizin 25-ci ildönümü tamam olur. Pakistan Prezidenti və baş naziri Azərbaycaba səfər edib. Biz Azərbaycan Prezidentinin bu il Pakistana səfərini gözləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB