Mübariz Əhmədoğlu: “Moldova prezidentinin Moskvada dedikləri həqiqətdir”
"RF MDB məkanındakı münaqişələrin, o cümlədən Dnestryanı münaqişənin tənzimlənməsinə hazır deyil". SİA-nın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, Moldovanın yeni seçilən prezidenti İ.Dodon ilk səfərini Rusiyaya etdi: "Vladimir Putinlə görüşüb müzakirələr apardı. V.Putin İ.Dodonla birlikdə mətbuat konfransı keçirdi. İ.Dodon rusiyapərəstdir. O, Moldovanın "Qazprom"a olan borcunu müzakirə etdi. Moldovaya qaz nəqlinin dayandırılmayacağına zəmanət aldı. İ.Dodon Dnestr yanı bölgənin qaz borcunu da Moldovanın qaz borcu hesab edir. Moldovada miqrantların Rusiyaya gəlməsinə qoyulan qadağaları aradan qaldırdı. Dnestr yanı bölgədə tənzimlənmə prosesini aktivləşdirməsinə çalışdı. İ.Dodon Rusiya sülhməramlılarının Dnestryanı bölgədə qalmasını və bu bölgənin statusunun müəyyən olunmasına dair referendumun keçirilməsini məqsədə uyğun adlandırdı. İ.Dodon Moldova ilə Aİ arasında imzalanmış assosiativ müqavilənin faydasının çox az olduğunu bildirdi. Bu müqaviləyə yenidən baxacağını bəyan etdi. Ölkəsinin Avrasiya İqtisadi Birliyində iştirak etmək niyyətini bildirdi. Bu məsələni prezident V.Putinlə yanaşı həm də Avrasiya İqtisadi Komissiyasının sədri T.Sərkisyanla müzakirə etdi. İ.Dodon ölkəsinin NATO-ya üzv olmayacağını, NATO ilə də əməkdaşlığa əl gəzdirəcəyini bildirdi; NATO Moldovanın neytral statusunu qəbul edərək əməkdaşlığı bu çərçivəyə uyğunlaşdırmalıdır.
İ.Dodon Moldovanın Rumıniya ilə milli kimlikdən başqa digər heç bir probleminin olmadığını bildirdi.
Moldovanın prezidenti İ.Dodonun Moskvada dedikləri hamısı həqiqətdir və Moldovada ciddi etiraz yaradacağı çox az ehtimallıdır. Məsələ burasındadır ki, Moldovanın Aİ və NATO ilə əməkdaşlığı Moldova cəmiyyətinin Moldova kommunistlərinin hakimiyyətdə olmasından sonra baş verdi. Cəmiyyət Rusiyanın Moldova kommunistlərinə lazımı dəstək verməməsindən narazılığını bu qaydada ortalığa qoydu. Moldova kommunistləri də Dnestryanı bölgə üçün eyni ilə bu şərtləri təklif edirdilər. Rusiyanın təklif etdiyi "xüsusi status" variantını qəbul etmişdilər. Amma Rusiya sonradan geri çəkildi. Rusiya MDB məkanındakı münaqişələrin, o cümlədən Dnestryanı münaqişənin tənzimlənməsinə hazır deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB