"Ermənipərəst mövqe bildirən Rusiya ekspertlərinin sırası yenilənir"
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana yardım etməyəcəyinə inananların sayı getdikcə artır". SİA-nın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, əvvəlcə ermənilər belə düşünürdülər ki, Dağlıq Qarabağda hərbi insident baş versə, KTMT Ermənistanla birlikdə Azərbaycana qarşı vuruşacaq: "Bir müddətdən sonra onların bu ümidi qırıldı. Ermənistanın sonrakı düşüncəsinə görə Ermənistan-Azərbaycan dövlət sərhədində təxribat olacağı təqdirdə KTMT Azərbaycana qarşı dərhal müharibə elan edəcəkdi. Bu da baş vermədi. İndi Ermənistanın keçmiş müdafiə naziri V.Arutyunyan erməniləri başa salır ki, dövlət sərhədindəki təxribat təcavüz deyil. Ona görə də KTMT işə qarışmır. Ermənistanın müraciəti cavabsız qalacaq. Əgər Azərbaycan qoşunları Ermənistanın ərazisinə daxil olarsa və İrəvandan Ermənistanın ərazisinə daxil olmuş Azərbaycan qoşunlarına qarşı silahlı qüvvələr göndərilərsə bu aqressiyadır. Əgər İrəvanda sakitlikdirsə, deməli aqressiya deyil.
KTMT üzvü Qazaxıstanın Ermənistandakı səfiri T.Urazayev eynilə bu qaydada izah verdi: "Ermənistan-Azərbaycan sərhədində baş verənlər Ermənistanın özü ilə o qədər əlaqəli olmayan daha çox Dağlıq Qarabağın ətrafında olan problemlə əlaqəli məsələdir. Ədalət naminə səfirin bu açıqlamsı V.Arutyunyanın açıqlamasından zamanca daha qabaqda idi.
N.Bordyujanın istefası ətrafında ajiotaj davam etdi.
Ermənipərəst mövqe bildirən Rusiya ekspertlərinin sırası yenilənir. Amma o da qeyd olunmalıdır ki, əvvəlki ermənipərəst ekspertlər ermənilərin mövqelərini müdafiə etməkdən uzun müddətli ardıcıllıq nümayiş etdirə bilmirlər. Ermənilər Azərbaycan rəhbərliyi haqqında qeyri-ciddi və ya tənqidi fikirləri indi daha çox rusiyalı ekspertlərin dili ilə səsləndirirlər. A.Xramçixin, F.Lukyanov, A.Skakov və Y.Satanovski təxminən bu işlə məşğul oldular. Rusiyalı digər ekspert V.Dubnov isə açıq şəkildə bəyan etdi ki, Moskva RF-Azərbaycan münasibətlərində fatal hadisələr baş verməyənədək Azərbaycanla qarşıdurmada heç vaxt Yerevana kömək etməyəcək. Dubnovun fikrincə, Moskva V.Semerikovun uzun müddət KTMT-yə baş katiblik etməsinə çalışacaqdır. Moskva KTMT-nı Yerevana verməkdə maraqlı deyil.
Digər RF eksperti V.Yevseyevin fikrincə, Rusiya heç vaxt Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılması istiqamətində heç bir addım atmayacaqdır. Bakının bu məsələyə bütün ümidləri əbəsdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB