BAXCP rəsmisi: “Əli Kərimli ilə Qənimət Zahid şərik olublar” AÇIQLAMA

BAXCP rəsmisi: “Əli Kərimli ilə Qənimət Zahid şərik olublar” AÇIQLAMA

"Qənimət Zahidin pul alması həqiqətdir. O, Əli Kərimli ilə şərikdir. Xalq Cəbhəsi Partiyasında rəhbər səviyyəsində də bilirdilər ki, Qənimət Zahid hakimiyyətdə nazir, komitə sədri və digər strukturların rəhbərlərindən pul alır. Hər kəs də bilirdi ki, Qənimət Zahid bunu Əli Kərimlinin razılığı əsasında edir. Yəni Əli Kərimli ilə Qənimət Zahid şərik olublar". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

Sədr müavinin sözlərinə görə, Əli Kərimli elə bir adamdır ki, "Azadlıq" qəzetində onun oxumadığı yazı qəzetdə çap edilə bilməzdi: "Onun icazəsi olmadan bir nəfərin əleyhinə və ya xeyrinə hər hansı bir yazı gedə bilməzdi. Mümkündə deyildi. Bütün bunları Əbülfəz Elçibəydə bilirdi. Əli Kərimli əvvəlcə Qənimət Zahid vasitəsi ilə tənqidi yazılar yaydırdı və bundan sonra pul tələbi olurdu. Bu gün mətbuatda adı çəkilən keçmiş nazirlərin və indi səfir işləyən şəxsin Qənimət Zahidə pul ödəməsi qeyd etdiyim kimi, partiyada rəhbərlik tərəfindəndə bilinirdi. Əgər Qənimət Zahid az da olsa vicdanı qalıbsa, bu, faktı təkzib edə bilməz.

Bir hadisəni də yadınıza salım. Mətbuat vasitəsi ilə Rusiyanın Ədliyyə generalı Qənimət Zahidə Moskvada pul verdiyini və uzun müddət "Azadlıq" qəzetini maliyyələşdirdiyini açıqladı. Nə Qənimət Zahid, nə də Əli Kərimli bu faktı təkzib etmədilər. Çünki bu həqiqət idi. 1998-ci il də Qənimət Zahidin gözlənilmədən İran islam Respublkasına səfər etməsini də xatırlayırsınız. Sonradan öz Bakıya qayıdaraq mətbuat konfransı keçirdi ki, İran xüsusi xidmət orqanlarının nümayəndələri bunun pul müqabilində ələ alıblar və bu da ona razılıq verib. Yəni hər kəsə bəllidir ki, Qənimət Zahid üçün əsas puldur. O aldığı pul həmişə Əli Kərimlinin razılığı ilə edib. Belə olmasa idi, Əli Kərimlini bir gün də olsun, "Azadlıq" qəzetinin baş redaktoru vəzifəsin də saxlamazdı".

Bütün xəbərlər Facebook səhifəmizdə