“Çiçəklənən Ermənistan”ı təmsil edən “Tsrukyan” bloku qiyama hazırlaşır Erməni mətbuatı
"Çiçəklənən Ermənistan" partiyasının sədri Naira Zöhrabyan bəyan edib ki, sədrlik etdiyi partiyasının seçki komissiyasındakı təmsilçiləri seçicilərin yerlərdə onlara verdikləri səsləri qorumaqdan "intiharçı" olmalı, "həyatları bahasına olsa belə" bu səsləri qorumalıdırlar. SİA xəbər verir ki, bu barədə "1.in.am" saytının analitiki Aram Amatuni öz şərhində yazır.
Tsarukyan yenidən geri qayıdıb və "Tsaurkyan" bloku ilə seçkilərə qatılacaq
Analitik yazıda qeyd olunur ki, parlamanet seçkilərinə qədər bu kimi bəyanatın səslənməsi erməni gerçəkliyində yenilik deyil, lakin "Çiçəklənən Ermənistan" tərəfindən belə bəyanatın verilməsində xüsusi nüanslar var. SİTAT: "Məsələ ondadır ki, partiyanın sabiq lideri Qagik Tsarukyanın 2015-ci ildən başlayaraq yenidən siyasətə qayıtması ölkədə qiyamın və qanın tökülməsinin qaçılmaz olduğunu göstərdi. Lakin o bir nəfərin olsa belə, qanının tökülməsinə yol verilməməsi üçün yenidən siyasətdən gedir.
İndi Tsarukyan yenidən geri qayıdıb və "Tsaurkyan" bloku ilə seçkilərə qatılacaq. Əlavə olaraq, burada "Çiçəklənən Ermənistan" partiyası da xüsusi rol alacaq...Bu nöqteyi nəzərdən baxdıqda, partiyaınn lideri Naira Zöhrəbyanın "intiharçı", "həyatları bahasına" kimi fikirləri diqqətçəkici görünür".
"Qagik Tsarukyan səslərin oğurlanacağı halda dayanmayaraq, hətta insanların qanı bahasına axıra qədər gedəcəkmi?"
Erməni şərhçisi əlavə edir ki, əgər bu bəyanat dolayı yolla berilibsə, onda həmin sözlər təbliğat məqsədilə işlədilib, gerçəklikdə isə "Çiçəklənən Ermənistan" yaxud "Tsarukyan" bloku növbəri dəfə 2007 və 2012-ci ildəki parlament seçkilərində oynadığı rolu oynayacaq. "Bu rol hakim Respublika partiyasının tamamilə çoxluqda olması, eləcə də ictimaiyyətlə Respublika partiyası arasında bufer formalaşdırmaq görüntüsünü yaratmaqdan ibarətdir"-deyə analitik yazıda qeyd olunur.
Amatuni sual edir: "Söhbətin səsləri "həyatlar bahasına" qorumaqdan getdiyi bir vəziyyətdə və ötən parlament seçkilərini nəzərə aldıqda belə bir sual yaranır: səslər kimin üçün qorunmalıdır? Çünki söhbət məhz "Çiçəklənən Ermənistan" və ya "Tsarukyan" blokundan gedirsə, burada daha bir sual meydana çıxır: 2015-ci ildən fərqli olaraq Qagik Tsarukyan səslərin oğurlanacağı halda dayanmayaraq, hətta insanların qanı bahasına axıra qədər gedəcəkmi?"
Yazıda qeyd olunur ki, Tsaurkyan qan tökmək məqsədi ilə geri qayıtmayıb və mövcud hakimiyyətə - ələlxüsus Serj Sarkisyana və baş nazir Karen Karapetyana qarşı münasibətini dəqiqləşdirməyərək hələlik neytral, eləcə də yumşaq formulları ilə fəaliyyət göstərir.
Şərhin sonunda bildirilir ki, Respublika partiyasının 2017-ci il seçkilərində öz mövqelərini güzəştə getməyəcəyinə şübhə yoxdur və digər hər hansı bir qüvvənin onu keçməsinə imkan verməyəcək. Hakim partiyanın öz mövqelərini qoruyub-saxlaması, rıçaqlarını işə salması üçün başqa əlacı da yoxdur. Əlbəttə ki, əgər "Çiçəklənən Ermənistan" partiyası, yaxud "Tsarukyan" bloku həqiqətən də "həyatlar bahasına", " intiharçılıq" missiyası ilə fiziki qarşıdurmalar, qan tökmək bahasına öz məqsədlərinə çatmağa cəhd göstərməsələr. Bəs belə olan halda Tsarukyan nə edəcək?".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB