Millət vəkili: “İsa Qəmbəri xaricdən aldığı pul danışdırır” AÇIQLAMA

Millət vəkili: “İsa Qəmbəri xaricdən aldığı pul danışdırır” AÇIQLAMA

"Anti-Azərbaycan qüvvələrin son vaxtlarda özlərini aktiv şəkildə göstərməyə cəhd etmələri onların xarici havadarları qarşısında götürdükləri öhdəliklərlə bağlıdır. İsa Qəmbər, Əli Kərimli xarici dairələrdən pul aldıqlarına görə, yenidən Azərbaycan dövlətinə qarşı "qara piar" kampaniyasına start veriblər. Bir sözlə, İsa Qəmbəri xaricdən aldığı pul danışdırır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə bildirib.

İ.Qəmbərin ötən gün Novxanıda M.Ə.Rəsulzadənin abidəsi önündə çıxışına münasibət bildirən A.Əlizadə onu da qeyd edib ki, İsa Qəmbərin səsləndirdiyi fikirlər qeyri-real məsələlərdir, onlar növbəti dəfə ətrafındakıları aldatmaqla məşğuldurlar: "İsa Qəmbərin çıxışı zamanı 2017-ci ilin "Müsavat ili" olacağı ilə bağlı səsləndirdiyi fikirlər isə sadəcə, gülüş doğurur. Necə deyərlər, "ac toyuq yuxusunda darı görər". Amma düşünürəm ki, 2017-ci il "Xoruz" ili olduğuna görə, bu il Əli Kərimliyə daha çox uyğundur".

Bütün xəbərlər Facebook səhifəmizdə