"Azərbaycanla Rusiya arasında dostluq münasibətləri var. Mən bu əlaqələrin gələcəkdə də hərtərəfli inkişafı üçün öz səylərimi əsirgəməyəcəm". Bunu Moskva-Bakı saytına açıqlamasında Rusiya Dövlət Dumasında MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə komitənin rəhbəri Leonid Kalaşnikov deyib. O bildirib ki, rəhbərlik etdiyi komitə bu ilin birinci yarısında, çox güman ki, mart ayından sonra Bakıda iclasının keçirilməsini planlaşdırır: "Cari ildə komitənin bir sıra ölkələrdə iclaslarının keçirməsini nəzərdə tutulub. Azərbaycan bizə çox yaxın tərəfdaşdır və bu ölkədə birgə iclas keçirəcəyik. Biz dəqiq tarixi azərbaycanlı həmkarımızla müəyyən edəcəyik".
O bildirib ki, iclas zamanı Avrasiyaya inteqrasiya, iqtisadi əlaqələr, humanitar, mədəni sahədə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB