"Dəməşqin qubernatoru Əlyaə İbrahim bildirib ki, işçi qüvvələri terrorçuların Vadi Bərədədə mövcud olan su təchizatı mənbəsinə vurduqları ziyanın aradan qaldırılması istiqamətində iş aparırlar". SİA xəbər verir ki, bu barədə Suriyanın "sana.sy" agentliyi yazır.
Mətbuat nümayəndələri üçün açıqlama verən qubernatorun sözlərinə görə, su mənbəsi geri qaytarıldıqdan sonra bəlli olub ki, oradakı qurğulara ciddi zərər verilib. Bu baxımdan, Dəməşqin və ətraf bölgələrin su təchizatının yenidən istifadəsi üçün bir neçə müddətlik zamana ehtiyac var. Hazırda isə şəhər yerli administariv orqanların işləyərək hazırladıqları plana əsasən Əyn-Əl-Fəllucə və Əyn Haruş su mənbələrinin rezerv saxlancları vasitəsilə suyla təmin olunmaqdadır.
Xatırladaq ki, "Cəbhət Ən-Nüsra" terrorçu şəbəkəsinin əlində olmuş su mənbəsi orada olduqları müddətdə su təchizatı qurğularını dağıdıb, su saxlanclarına dizel yanacağı və s. zərərli maddələr qataraq, 6 milnyonluq Dəməşq əhalisini susuz qoyublar.
"Sana" agentliyinin müxbirinin araşdırmalarına görə, təmir briqadaları və mütəxəssislər mövcud əraziyə Suriya ordusunun oradakı minaları təmizlədiklərindən sonra daxil olublar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB