2017-ci ilin yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılıb. SİA sərəncamın əhəmiyyəti ilə bağlı millət vəkillərinin fikirlərini təqdim edir:
Milli Məclisin aqrar siyasət komitəsinin sədri, millət vəkilİ Eldar İbrahimov: "Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı düşmən ölkəyə bir mesajdır. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi müvəqqəti olaraq kiçik, daha sonra böyüdüləcək: "Bilirsiniz ki, ötən ilin aprel döyüşlərində Azərbaycan ordusunun parlaq qələbəsi nəticəsində əldə olunan yüksəkliklər bizdədir və ora tam təhlükəsizdir. Çünki, əvvəllər ermənilər həmin ərazilərə atəş aça bilərdisə, bu ərazilərin işğaldan azad edilməsi nəticəsində onlar bunu edə bilmirlər. Dövlət Başçısının Sərəncamı əsasında tarixi torpaqlarından çıxarına vətəndaşlarımız öz yurd-yuvalarına tam təhlükəsiz şəkildə qayıda biləcəklər və ermənilər də görəcək ki, Azərbaycan imkanlarından istifadə edərək öz torpaqlarında quruculuq işləri aparır, insanlar öz evlərinə qayıdır. Bununla da Ermənistan bilməlidir ki, Azərbaycan tezliklə işğal olunmuş torpaqlarını geri qaytaracaq və vətəndaşlarımız öz yurd-yuvalarına qayıb orada yaşayacaqlar: "Mən ATƏT-də olarkən orada olan erməni deputatlarına dəfələrlə sual verərək bildirdim ki, ərazilərimiz işğal etmisiz niyə həmin ərazilərdə heç kim yaşamır? Çünki onların orada yaşamağa adamları yoxdur. Hazırda İrəvanın özündə belə erməni qalmayıb. Düşməndə işğal xəstəliyi var. Düşünürəm ki, Ali Baş Komandanın göstərişi ilə haqq -ədalət işimizi həyata keçirəcək, torpaqlarımızı sülh yolu ilə alınmasa, hərbi yolla geri qaytaracağıq. Bu baxımdan Azərbaycan prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı bu yolda ilk addım və ermənilərə bir mesajdır".
Millət vəkili Musa Qasımlı: "Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamı böyük əhəmiyyət daşıyan sənəddir. Sözügedən sərəncam sadəcə bir kəndin bərpa edilməsi deyil, ümimilikdə işğal altında olan ərazilərimizin azad edildikdən sonra bərpasına yönəlik dövlət siyasətinin bir addımıdır. Bu bir daha göstərir ki, Azərbaycan dövləti işğal edilən bütün ərazilərini bərpa edəcək və məcburi köçkünlər daimi yaşayış yerərinə qayıdacaqlar. Sərəncam həmçinin göstərir ki, Azərbaycan heç zaman ərazilərinin işğalı ilə barışmayacaq, sülh yolu ilə alınmasa, hərbi yolla da olsa tarixi torplaqlarını düşmənin işğalından azad edərək öz ərazi bütövlüyünü bərpa edəcək".

Millət vəkili Bəxtiyar Əliyev: "Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı ölkə başçısın siyasi iradəsini göstərdi. Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı ilkin olaraq 4 milyon manat vəsaitin ayrılması və məcburi köçkünlərin öz doğma torpağına qayıdışını Dağlıq Qarabağa qayıdışın bir əlamətidir. Ötən gün dövlət başçısı tərəfindən imzalanan sərəncam Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsi ilə bağlı dünyaya verdiyi növbəti bir mesadır".

Millət vəkili Aqil Abbas: "Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamı çox ciddi sərəncam torpaqlarımıza qayıdışa bir işarədir. Sərəncamın məcburi köçkünlərdə ruh-yüksəkliyi yaradacağını dilə gətirən millət vəkili söyləyib ki, bunun nəticəsidir ki, artıq 190 ailə ora qayıtmaq istəyir: Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da açıqlamasında bildirdi ki, Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinə yaşamaq üçün 190-dan ailə müraciət edib. Ötən il aprel döyüşləri zamanı Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində əldə etdiyimiz yüksəkliklər nəticəsində artıq həmin kənd tam təhlükəsizdir. Bilirsiniz ki, orada 1 ailə yaşayırdı və ilkin olaraq 50 ailənin ora köçürülməsi nəzərdə tutulur. Bu çox sevindirici haldır. Bu baxımdan Prezident tərəfindən imzalanan sərəncam çox vacib qərar idi. Ölkə başçısının imzaladığı sərəncam eləcə də insanların torplaqlarımızın tezliklə geri qaytarılması ilə bağlı inamını daha da artırdı. Gün o gün olsun bütün Qarabağ əhli sevinsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB