Millət vəkili: "Məcburi köçkünlər daim Prezidentin diqqətindədir" AÇIQLAMA

Millət vəkili: "Məcburi köçkünlər daim Prezidentin diqqətindədir" AÇIQLAMA

"Cənab Prezidentin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı göstərdi ki, ölkə başçısı əhalinin bütün təbəqələri, ilk növbədə məcburi köçkünlər, eləcə də bu təbəqəyə bərabər tutulan şəxslərin sosial vəziyyətini daim diqqətdə saxlayır". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi, onların əvvəlki xərc və kommunal müavinətlərinn birbaşa pul vahidi ilə əvəzlənməsinə gətirib çıxarır: "Bu məcburi köçkünlərə özlərinin ailə büdcəsini daha səmərəli qurmağa, sərbəst qalan vəsaiti istədiyi kimi istifadəyə imkan verir. Eyni zamanda qeyd edim ki, bütün bunlar hər bir ailə üzvü üçün nəzərdə tutulub. Ona görə də böyük ailələr üçün bu böyük məbləğdir. Bu məcburi köçkünlərə dövlət tərəfindən yeganə maddi diqqət deyil. Biz bilirik ki, ən azı 25 min məcburi köçkün ailəsi üçün Bakıda və digər regionlarda dövlət hesabına mənzillər tikilir. Məcburi köçkün ailəsi ödənişli məktəblərdə oxuduqda onlar təhsil haqqından azad edilirlər. Həmçinin digər güzəştlər də nəzərdə tutulur. Azərbaycan dövləti bundan sonra da məcburi köçkünlərin, sosial diqqətə ehtiyacı olan bütün vətəndaşların sosial vəziyyətinin yüksəldilməsi üçün mütəmadi addımlar atacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə