Politoloq: “Yüzlərlə dinc sakin və hərbçi həyatlarını itirdilər” MÜNASİBƏT

Politoloq: “Yüzlərlə dinc sakin və hərbçi həyatlarını itirdilər” MÜNASİBƏT

"Türkiyə ilə bağlı hadisələri araşdırarkən ötən il qardaş ölkənin böyük həcmli terror dalğasına büründüyünün şahidi olarıq. Bu ölkədə bir-birinin ardından maştabına və insan tələfatına görə ən böyük terror hadisləri törədildi. Yüzlərlə dinc sakin və hərbçi həyatlarını itirdilər.Terorçular həmçinin məktəb və sosial obyektlərə də hücumlar təşkil etdilər". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, İstanbul və Ankarada törədilən terror hərəkətlərindən başqa ölkənin cənub şərqində kürd qruplaşmaları ardıcıl olaraq təxribat və terror hadisələrini davamlı olaraq həyata keçirirlər. Təkcə Ankara terror olayında 102 nəfərin öldüyü və 510 nəfərin yaralanması ilə nəticələnmişdi.

PKK, HDP, Kürdüstan qartalları,Hizbullah, İŞİD və daha adları məlum olmayan qruplar Türkiyəni qan çanağında boğmağa çalışırlar. Bütün bu qrupların konkret olaraq maliyyələşdiyi dövlətlərin olması da heç kimdə şübhə doğurmur. Bir qutu aksiz markası olmayan siqareti sərhəddən keçirməyin mümkünsüz olduğu bir zamanda terrorçulara hərbi sursatlar, ərzaq, loqistik və informasiya dəstəyinin verilməsi göz qabağındadır. Bu terrorçuların əllərindəki silahların Rusiya istehsalı olması və terorçuların böyük əksəriyyətinin rus dilində danışması danılmaz faktlardır. Son 13 ildə Türkiyə addım addım nəzarətsiz bir bölgəyə çevirilməkdədir. Təbii ki, belə olan halda dünyanın fərqli kəşfiyyat idarələrinin fəaliyyət çərçivəsinə düşmüş olur. O zaman regionda marağı olan qərb dövlətləri ajanlarının da bu terror qruplaşmalarına sızması mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə