Prezident Davosda görüşlər keçirib FOTOLAR

Prezident Davosda görüşlər keçirib FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi. Norveçin bir sıra şirkətləri, xüsusilə Statoil şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda "Suez Group" şirkətinin baş icraçı direktoru Jan Lui Şasod ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi. Fransa şirkətlərinin Azərbaycanda böyük layihələr həyata keçirdiyi, "Suez Group" şirkətinin də bu layihələrdə yaxından iştirak etdiyi və bir çox layihələrin uğurla icra olunduğu vurğulandı.

Söhbət zamanı "Suez Group" şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə