Türkiyənin Baş naziri Binəli Yıldırım İraqda rəsmi səfərdədir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onu səfərdə müdafiə naziri Fikri Işık, milli təhsil naziri İsmet Yılmaz, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekçi, gömrük və ticarət naziri Bülent Tüfenkci müşayiət edirlər.
Görüşlərdə terrorçu PKK-nın İraqın Kandil və Şengal bölgələrindən çıxarılması, bu qruplaşmanın Suriyadakı qolu olan PYD üzvlərinin təcrid edilməsi kimi məsələlərin müzakirəsi də gözlənilir.
Qeyd edək ki, Binəli Yıldırım yanvarın 5-də İraqa səfər etməli idi. Ancaq səfər təxirə salındığından, yanvarın 7-də həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB