Komitə sədri Bakı Forumunun təxirə salınmasına münasibət bildirdi AÇIQLAMA

Komitə sədri Bakı Forumunun təxirə salınmasına münasibət bildirdi AÇIQLAMA

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Dünya Azərbaycanlı İş Adamlarının Bakı Forumunun təxirə salınmasına münasibət bildirdi.

SİA-nın məlumatına görə, jurnalistlərə açıqlama verən komitə sədri deyib ki, Bakı forumunun keçirilməsi çox gözəl bir ideya idi: "İdeya müzakirə olunarkən həmin toplantıda iştirakla bağlı bizə xeyli sayda müraciətlər oldu. Biz isə hesab etdik ki, Forumun gələcəkdə daha geniş səviyyədə keçirilməsi məqsədəuyğun olar. Ona görə də müəyyən qərar qəbul olundu ki, toplantı təxirə salınsın. Beləcə qərara gəlindi ki, gələcəkdə müəyyən olunmuş bir zamanda daha geniş miqyasda azərbaycanlı iş adamlarının Bakı şəhərində toplantısı keçirilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə