Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

Milli Məclis 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə bağlı bu gün dünya azərbaycanlılarına müraciət edib. SİA-nın xəbərinə görə, müraciəti milli məclisin vitse-spikeri Bahar Muradova oxuyub.

Müraciətdə bildirilib ki, Azərbaycanın diaspor təşkilatları inkişaf edib, möhkəmlənir. Onlar vətəndaşlarımızın müdafiəsi ilə bağlı daha yaxşı işlər görməkdədirlər. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bütün səylərini birləşdirsələr, o zaman Dağlıq Qarabağ problemi də həll olunar. Biz bütün dünya azərbaycanlılarını milli birliyə çağırırıq. Biz bütün dünya azərbaycanlılarını- 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə bərik edir, hər kəsə möhkəm can sağlığı, ailə xoşbəxtliyi, nurlu gələcək arzu edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə