Dörd gün ərzində milli və dünya musiqi sənətinin inciləri təqdim olunacaq
Yeni ilin astanasında və qədəmlərini qoyduğu ilk günlərdə sərnişinlərinə gözəl ovqat bəxş etmək istəyən "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi daha bir sosial layihəsini gerçəkləşdirir. SİA-nın məlumatına görə, bu dəfə sərnişinlərə metropolitenin bir neçə stansiyasında dörd gün ərzində milli və dünya musiqi sənətinin inciləri təqdim olunacaq.
Bu gün, dekabrın 30-dan yanvarın 2-dək günorta saatlarından başlamaqla musiqi parçaları "28 May", "Elmlər Akademiyası", "İçərişəhər" və Bənövşəyi xəttin "Memar Əcəmi" stansiyalarında səsləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB