İraqın baş naziri Heydər əl-Abadi etiraz hərəkatının lideri şiə ilahiyyatçı Müqtəda əs-Sədrlə görüşüb.
SİA-nın xarici mətbuata istinadən məlumatına görə, siyasət və təhlükəsizlik, xüsusilə İŞİD terror təşkilatı ilə mübarizə və Mosulun terrorçulardan azad edilməsi məsələləri görüşün mövzusu olub.
Müqtəda əs-Sədr ilk dəfə 2004-cü ildə İraqa ABŞ müdaxiləsinə qarşı qiyamın lideri kimi məşhurluq qazanıb. 2016-cı ilin aprelində dövlətdəki korrupsiyaya qarşı islahat keçirilməsi və nazirlərin dəyişdirilməsi çağırışları ilə paytaxt Bağdadda kütləvi nümayişlərə başçılıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB