Tu-154-də ölənlər Rusiya sərhədlərini aşa bilər AVİAQƏZA

Tu-154-də ölənlər Rusiya sərhədlərini aşa bilər AVİAQƏZA

Tu-154 təyyarəsinin Qara dəniz üzərində baş verən aviaqəzada həyatını itirmiş 10 nəfərin nəşi İl-76 təyyarəsi ilə Moskvaya aparılmaqdadır. SİA "İntefax.ru"ya istinadən xəbər verir ki, ölənlərin nəşləri ilə yanaşı, digər ölənlərə aid 86 bədən üzvləri fraqmentləri də təyyarədədir. Həmin fraqmentlər üzərində genetik ekspertizalar aparılacaq.

Bu arada təyyarədə olan insanların qohumlarından biomateriallar götürülməkdə davam edir. Məqsəd DNK vasitəsilə analizlərin aparılmasıdır. Ölənlərdən 13 nəfərin qohumu artıq Soçidədir.

Rusiya Federasiyasinin müdafiə nazirliyindən bildirilir ki, axtarışlar dəniz dibinin relyeflərində aparılır.

RF-nın nəqliyyat naziri Maksim Sokolov isə operativ qərargahda keçirdiyi iclasdan sonrakı brifinqdə deyib ki, axtarış-xilasetmə əməliyyatları daha geniş məkanda aparılacaq. Sokolov bildirib ki, meyitlərin bir hissəsi Rusiya sərhədlərini keçə bilər. Xüsusilə, onlardan bəzilərinin axıntı vasitəsilə Abxaziyaya aid sulara keçməsi ehtimal edilir.

Xatırladaq ki, qəzaya uğramış təyyarədə 92 nəfər adam olub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə