Avstraliya Nümayəndələr Palatasının sabiq üzvü Lyuk Simpkins dövlət başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mənə 2015-ci ildə Avstraliyanın parlament nümayəndə heyətinə Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi başçılıq edərkən qəbulunuzda olmaq şərəfi nəsib olub. Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı və təbriklərimi çatdıraraq, 2017-ci ilin və növbəti illərin Sizin və xalqınız üçün uğurlu olmasını arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB