Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada baş verən təyyarə qəzası ilə bağlı olaraq rusiyalı həmkarı Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç,
Çoxsaylı insan tələfatı ilə nəticələnmiş "Tu-154" təyyarəsinin qəzaya uğraması barədə xəbər məni sarsıtdı.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB