"Prezidentin siyasəti nəticəsində Azərbaycan sabitlik adasına çevrilib" RƏY

"Prezidentin siyasəti nəticəsində Azərbaycan sabitlik adasına çevrilib" RƏY

"Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildən Ulu Öndər tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirir. Bu gün Azərbaycan xalqı fəxr edir ki, Ölkə başçısı düzgün yoldadır". Bunu SİA-ya millət vəkili Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Azərbaycanın güclü təməli Ulu Öndər tərəfindən qoyulsa da, 2003-cü ildə Azərbaycan iqtisadiyyatı o qədər də yaxşı deyildi: "Məhz Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra ölkə iqtisadiyyatımız güclü şəkildə inkişaf etməyə başladı.Təbii ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətlərin uğurlu davam etidirlməsi nəticəsində mümkün oldu. O zaman Azərbaycan xalqı bilirdi ki, yaxın illərdə ölkəmizdə böyük nailiyyətlər əldə olunacaq. Həqiqətən də Azərbaycan Prezidenti 2003-cü ildə hakimiyətə gəldikdən sonra Azərbaycan tamamilə dəyişdi. Ölkəmizin infrosturkturu yenidən, dünyanın ən modern stadartlarına cavab verən səviyyədə quruldu və bütün sahələrdə nailiyyətlər əldə edildi. Bu gün Bakı, eləcə də bölgələrimiz Avropanın inkşaf etmiş ölkələri səviyyəsinə çatıb".

Azərbaycanın çox qısa zaman kəsiyində böyük inkişaf yolunu keçdiyini deyən M.İbrahimqızı qeyd edib ki, 2009-cu ildən başlayaraq dünyada iqtisadi böhranın, terrorun, katakilizmlərin olmasına baxmayaraq, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz dünyanın sabitlik, əmin-amanlıq adasına çevrilib: "Bu gün dünyanın ən taleyüklu məsələləri məhz Azərbaycanda müzakirə olunur. Azərbaycan bütün sahələrdə uğur qazanıb. Ölkə başçımızın apardığı diplomatiya nəticəsində dövlətimizin imici o qədər yüksəklərə qalxdı ki, BMT-nin Təhlükəsizlik Şurasında 155 ölkə Azərbaycana etimad göstərdi. Bu ölkə başçısının simasında Azərbaycana verilən ən yüksək qiymət idi. Ölkəmiz ən çətin geosiyasi bölgədə yerləşib. Şimaldan Rusiya, Cənubdan İran, Qərbdən düşmən ölkə Ermənistanla qonşu olmağımıza baxamayaraq, ölkəmizin yüksək nailiyyətlər əldə etməsi, burada sabitliyin, əmin-amanlığın qurulması o qədər asan deyil. Amma Azərbaycan prezidenti ölkəmizi nəinki inkişaf səviyyəsinə gətirib çıxarıb, eyni zamanda dünyada ölkəmizə qarşı olan informasiya blokadalarını darmadağan edib. Bu gün müxtəlif sahələri əhatə edən beynəlxalq yarışmalar, tədbirlər məhz ölkəmizdə həyata keçirilir".

"Bu gün biz Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cu ildə xalqına söylədiyi "hər bir vətəndaşın yaxşı prezidenti olacağam" sözünun əməli şahidiyik. Hər bir Azərbaycan vətəndaşı öz prezidenti ilə fəxr edir və hər zaman Onun yanındadır"- deyə, millət vəkili əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə