PA rəsmisi: “Gələcəkdə gənclərlə bağlı görülən işlər daha da inkişaf etdiriləcək” AÇIQLAMA
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi 2003-cü ildən bugünə kimi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətini uğurla davam etdirib. Bu gün ölkədə 300-dən artıq gənclər təşkilatları fəaliyyət göstərir. Təbii ki, bu təşkilatların fəaliyyət göstərməsi üçün qanunvericilik bazası və dəstək olmalıdır. Bu gün biz çox fəxrlə deyə bilərik ki, Azərbaycan gənclər siyasəti sahəsində dünyanın qabaqcıl ölkələri sırasındadır". Bunu SİA-ya Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev deyib.
PA rəsmisinin sözlərinə görə, bu gün gənclərimizin fəaliyyət göstərməsi üçün uyğun məkanlar formalaşdırılıb: "30-dan çox gənclər evi və mərkəzləri fəaliyyət göstərir. Eləcə də cənab Prezident İlham Əliyev tərəfindən iki dəfə Dövlət Proqramı qəbul edilib. Bundan əlavə 2015-2025-ci illəri əhatə edən Dövlət Strategiyası var. Hansı ki burada gənclərin inkişafını nəzərdə tutan bütün vəzifələr, fəaliyyətlər öz əksini tapıb. Gənclərin fəaliyyəti ilə bağlı hər il dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Xüsusilə qeyd etmək istəyirəm ki, 2011-2015-ci il Dövlət Gənclər Proqramında xüsusi fəaliyyətlərdən biri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması idi ki, bu gün sizlər bunun uğurlu nəticələrini görə bilərsiniz. Fond tərəfindən 3 mindən artıq layihə maliyyələşdirilib ki, bunun 70 faizi fərdi şəxslər tərəfindən həyata keçirilib. Təbii ki, bunun özü böyük bir imkandır.
Ümid edirəm ki, gələcəkdə də cənab Prezidentin fəaliyyəti dövründə gənclərlə işə xüsusi diqqət yetiriləcək. Bu gün bizim sadaladığımız fəaliyyətlər çox ciddidir. Mən bunu xüsusi fəxr hissi ilə deyə bilərəm ki, heç bir dövlətin rəhbəri gənclərlər mütəmadi görüşmür, onları dinləmir. Bu gün bizim dövlət tərəfindən qəbul edilmiş proqramların hazırlanmasında cənab Prezident şəxsən gənclərin təşəbbüslərini dinləyib. Ümid edirəm ki, gələcəkdə görülən işlər daha da inkişaf etdiriləcək və təkmilləşdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB