Mövlud Çavuşoğlunun səfəri təxirə salındı

Mövlud Çavuşoğlunun səfəri təxirə salındı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada öldürülməsi ilə əlaqədar Ukraynaya səfərini təxirə salıb.

SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Çavuşoğlu dekabrın 20-21-də Türkiyə-Ukrayna Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq çərçivəsində Ukraynaya səfər etməli idi.

XİN nümayəndəsi qeyd edib ki, səfərin dəqiq tarixi barədə daha sonra məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə