Rusiyalı diplomat: “Qərb koalisiyası “İŞİD”i koordinasiya edir” REAL EHTİMALLAR

Vladimir Çijov: "tərslikdən “texniki fasilə” verilib, sən demə “Amerikalılara təyyarələri rəngləmək” və “qaykaları” bərkitmək lazımıymış...”
Rusiyalı diplomat: “Qərb koalisiyası “İŞİD”i koordinasiya edir” REAL EHTİMALLAR

Rusiyanın Avropa İttifaqının daimi nümayəndəsi Vladimir Çijov "İŞİD" terrorçularının Suriyanın Tadmor şəhərinə hücumunda ABŞ tərəfindən koordinasiya edilməsi barədə ehtimallarının olduğunu irəli sürüb.

SİA xəbər verir ki, bu barədə "TASS" agentliyinə danışan rusiyalı dipomat bəyan edib ki, onda Qərb koalisiyasının "İŞİD"i koordinasiya etməsi barədə konkret sübutlar olmasa da, Rəqqanın bombalanmasında "texniki fasilənin" verilməsi və İraq Mosulundan terrorçuların Suriyaya axını məhz bu cür ehtimalların yaranmasına kifayət qədər səbəb olmaqdadır.

"Rəqqadan danışlarkən, ortada fikir ayrılıqlarının yaranmaması naminə bizim amerikalılarla danışığımız olmuşdu ki, Rəqqada yerləşən terrorçuları onlar bombalamalıdırlar. Onlarda isə tərslikdən "texniki fasilə" verilib, sən demə "təyyarələri rəngləmək" və "qaykaları" bərkitmək lazımıymış" -deyə, Çijov ironiya ilə ifadə edib.

"Terrorçuların koordinasiya edilməsinə gəlincə, bu birbaşa ola bilməzdi, sadəcə KİV-lərdə koalisiyanın qarşıda dayanan planları barədə açıq məlumatlar gedir, oxuyub-yazmağı bilən "İŞİD"-çilər isə həmin məlumatları analiz edir və hərbi planlara əsaslanan tədbirlərini görürlər" -rusiyalı diplomat deyib.

Vladimir Çijov sonda bildirib: "Yeri gəlmişkən, biz bir neçə həftə deyirdik ki, Mosuldan heç kimi buraxmırlar, Hələbdə isə Mosuldan fərqli olaraq humanitar dəhlizlər mövcuddur. Və birdən insanlar Mosuldan nəinki çıxmağa başladılar, hətta axın etdilər. Hara? Variantlar elə də çox deyil. Qonşu Suriyaya, harada ki, "İŞİD"in kifayət qədər əraziləri mövcuddur".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə