Minskdə rusiyalı və israilli bloger Aleksand Lapşin saxlanılıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə blogerin "Facebook" səhifəsində məlumat yerləşdirilib. Lapşin yazıb ki, o, Azərbaycan tərəfinin sorğusu əsasında saxlanılıb.
Qeyd edək ki, onu adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı"na daxil olunub. Buna səbəb Azərbaycanın icazəsi olmadan Lapşinin Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. Lakin 2015-ci ilin iyun ayında Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçməklə daxil olub. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi "Dövlət sərhədinin pozulması haqqında" qanunu pozduğu üçün blogeri beynəlxalq axtarışa verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB