Aİ Minsk qrupuna dəstəyini davam etdirəcək Səfir

Aİ Minsk qrupuna dəstəyini davam etdirəcək Səfir

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun işinə dəstək verməkdə davam edəcək. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. M.Mard bildirib ki, bu yaxınlarda Hamburqda keçirilən zirvə görüşündə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Salber Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb: "Salber bu il beş dəfə Azərbaycana səfər edib və ümudvarıq ki, növbəti ildə də onun səfərləri baş tutacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə