Elşən Musayev: “Rusiyanın hərbi dəstəyindən sonra ermənilərdə inam yaranıb” AÇIQLAMA

Elşən Musayev: “Rusiyanın hərbi dəstəyindən sonra ermənilərdə inam yaranıb” AÇIQLAMA

"Ermənistan siyasi hakimiyyəti məlum aprel döyüşlərindəki uğursuzluqdan sonra ictimai rəyi hazırlamağa çalışırlar ki, biz qorxmuruq və müharibəyə hazırıq. Əslində Ermənistan prezidenti Serj Sarkisyan bununla ölkə ictimaiyyətinin narahatçılığına heç bir əsas olmadığına diqqəti çəkmək istəyir". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, Ermənistanı həvəsə gətirən, bu cür pafoslu danışmağa sövq edən ATƏT-in Minsk qrupunun son dövrlər kifayət qədər fəaliyyətsizliyidir: "Həmçinin bu, onların bir-birinin ardınca verdikləri lüzumsuz bəyanatlardır və s. Üçüncüsü Rusiyanın hərbi dəstəyindən sonra ermənilərdə bir qədər inam yaranıb. Onlar zənn edirlər ki, bu gün müharibə etmək istəsələr Azərbaycanla bağlı məsələdə hansısa bir qələbə əzm edə bilərlər. Təbii ki, bu da absurddur. Çünki bütün bunlar xülyadan başqa bir şey deyil. Azərbaycan ordusu elə aprel döyüşlərində nəyə qadir olduğunu göstərdi. Məncə bundan artığına ehtiyac yoxdur. Azərbaycan bütün hallarda torpaqlarını geri qaytaracaq. Artıq buna nə dünya, nə də Azərbaycan xalqı şübhə etmir".

Bütün xəbərlər Facebook səhifəmizdə