"Xəzərin statusu ilə bağlı növbəti görüş 2017-ci ilin əvvəllərində keçiriləcək" SƏS TV
"Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar mütəmadidir. İşçi qrupu çərçivəsində görüşlər keçirilir. Növbəti görüş 2017-ci ilin yanvarın əvvəllərində Aşqabadda keçiriləcək". SİA-nın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, görüşdə əsas məsələ növbəti sammitin keçirilməsidir və belə bir plan da var ki, işçi qrupu nazirlərin görüşünü təşkil etsin: "Bütün bu tədbirlər ona yönəlib ki, sammitdə xəzərin hüquqi statusu ilə bağlı konvensiya qəbul olunsun. Sammitin tarixini demək çətindir. Yəqin bu barədə xüsusilə nazirlərin görüşündən sonra nəsə demək mümkün olacaq. Görüşdə həmçinin konvensiyanın razılaşdırılmamış məsələləri ilə bağlı razılaşmaların hansı səviyyədə olduğuna baxacağıq. Nazirlərin görüşü Astanada keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB