ABŞ-da bir hüquq təşkilatı tərəfindən çətin tərbiyə olunan uşaqlarla, həmçinin uşaq həbsxanalarında dustaq həyatı yaşayan azyaşlılarla bağlı keçirilən proqram layihəsi kəskin etirazlara səbəb olub. SİA xəbər verir ki, Crime Watch Daily telekanalının hazırladığı reportajda azyaşlı uşaqların böyüklərin həbsxanasına salınaraq kameralarda dustaqların onlarla necə davranmaları müşahidə olunub. O cümlədən, uşaqlar ən ağır fiziki əməyə, cinsi zorakılıqlara cəlb edilib, onlara qarşı ağılasığmaz cəzalar tədbiq olunub, hətta ayaq yollarında iyrənc işlərə belə, sövq edilib. Kifayət qədər reallığa və bir sıra amerikalı hüquqşünaslar, eləcə də digər hüquq-mühafizə qurumları tərəfindən hiddətlə qarşılanan proqram layihəsi məcburi olaraq yarımçıq saxlanılıb.
Məsələ məhkəməyə qədər gedib-çıxıb və psixoloqlar, habelə bu sahə üzrə digər mütəxəssislər həmin uşaqların həyatları boyu unutmayacaqları ciddi travma aldıqları qənaətinə gəliblər. Belə ki, ekspertlər azyaşlıların həmin layihədən sonra cinayətlər törətməyəcəkləri barədə irəli sürülən iddiaları absurd adlandırıblar. Onlar əksinə, həmin uşzaqların bir neçə il sonra potensial cinayətkarlara çevriləcəkləri ehtimalını irəli sürüblər.
Videoya baxmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB