“NATO-Azərbaycan əməkdaşlığının daha da inkişafına çalışacağıq” Səfir

“NATO-Azərbaycan əməkdaşlığının daha da inkişafına çalışacağıq” Səfir

"Rumıniyanın Bakıdakı səfirliyi NATO-nun əlaqələndirici səfirliyi kimi uğurlu fəaliyyət göstərib. Bu mandatı növbəti dövr üçün icra edəcək Macarıstan səfirliyi əməkdaşlığın daha da inkişafına çalışacaq". Bunu SİA-ya açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

O bildirib ki, Macarıstan bu istiqamətdə Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti ilə birgə işləyəcək: "Hazırda mən ölkədəki vətəndaş cəmiyyəti institutları ilə tanış oluram. Əlaqələndirici səfirlik kimi ilk pirioritetim məhz bundan ibarətdir".

Diplomat əlavə edib ki, Azərbaycanla Macarıstan arasında əlaqələrin əla səviyyədədir: "Həm iki ölkənin liderləri, həm nazirlər və digər rəsmilər, eləcə də insanlarımız arasında çox yaxşı əlaqələr var. Wizair mütamadi reyslər həyata keçirir ki, bu da xalqlarımızın bir-birini daha yaxından tanımasına yol açır. Gələcəkdə bütün sahələrdə əlaqələrimizin daha da genişlənəcəyinə ümid edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə