"Ehtiyac meyarının həddi yaşayış minimumuna çatdırılsın. Rayonlardakı market və mağazalarda insalarımız borc dəftərləri yaranıb. Heç olmasa elə edək ki, insanlar kəndlərdəki borc dəftərlərini bağlasınlar". SİA-nın xəbərinə görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ünvanlı sosial yardımların dayandırılması ilə bağlı təkliflər insanları qıcıqlandıra bilər: "Burada ünvanlı sosial yardımların kəsilməsi ilə bağlı təkliflər verməklə insanları stress altında saxlayırıq. Rabitə Nazirliyində neqativ hallar aşkarlanıb və gəlin bu nazirliyə maliyyələşməni dayandıraq. Belə məntiq olmaz. Səsləndirdiyimiz fikirlərlə insanlara psixoloji təsir edirik. İş yerlərini itirən insanların işsizliyə görə müvainətləri məsələsinə də ciddi yanaşmalıyıq. Bütün dünyanın gözü parlamentlərdədir. Ona görə də danışanda gəlin diqqətli olaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB