Spiker millət vəkilini tənqid etdi

Spiker millət vəkilini tənqid etdi

"Ölkədə turizmlə bağlı məsələ ən vacib məsələlərdən biridir. Lakin çox təəssüf ki, bu sahə hələ də inkişaf etməyib. Ölkədə turizmi bu vəziyyətdən çıxarmaq lazımdır". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Elşən Musayev parlamentdə 2017-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

E. Musayevin sözlərinə görə, turistləri ölkəyə cəlb etməliyik: "Prezident İlham Əliyev dəfələrlə AZAL-ın qiymətləri bahalaşdırması ilə bağlı iradlarını səslənib. Biz AZAL-a dotasiya ayırmalıyıq ki, qiymətlərdə endirim edilsin və bu sahədə inkişaf olsun. Əgər biz bunu etməsək, Azərbaycan turizm sahəsinə görə Gürcüstandan qat-qat geri qalacaq. Çünki turistləin əksəriyyəti Gürcüstan üzərində uçuşlar etməyə üstünlük verirlər".

Məsələ ilə bağlı fikrini bildirən Spiker Oqtay Əsədov bildirib ki, bu sahə ilə bağlı danışanda diqqətli olmaq lazımdır: "Necə yəni ölkdə turizm inkişaf etməyib?! Fikirləri səsləndirərkən bir az diqqətli olun. Deyirsən ki, Azərbaycan Gürcüstandan geri qalar. Bu nə sözdür? Azərbaycanda turizmin inkişafı başqa, onun inkişafına mane olan amillər isə başqa sözdür. Azərbaycanda bu il regionlarda turist əlindən tərpənmək olmurdu. Görmürdünüz bunları?!".

Bütün xəbərlər Facebook səhifəmizdə