“Sərhədsiz Reportyorlar” Azərbaycan barədə mənfi rəy formalaşdırmağa çalışır
"Sərhədsiz Reportyorlar" təşkilatı fəaliyyət göstərdiyi bütün müddət ərzində ölkəmizdə guya söz və fikir azadlığının pozulması ilə bağlı məlumatlar yayıb, Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışıb". Bunu SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
O bildirib ki, ölkəmizə belə qərəzli yanaşmanın bir neçə səbəbi var: "Birincisi, şübhəsiz ki, bu cür yanaşma ermənipərəst dairələrin fəaliyyətindən qaynaqlanır, digər amil həmin təşkilatların Azərbaycanda və regionda marağı olan ayrı-ayrı qurumlardan maliyyələşmələridir. Ümumiyyətlə, belə qurumlar tərəfindən ölkəmizə qarşı məqsədyönlü bir siyasət aparılır. Bənzər təşkilatların indiyə kimi Ermənistanın işğalı nəticəsində bir milyon azərbaycanlının hüquqlarının qorunması ilə bağlı bir kəlmə sözünə rast gəlmədik. Dünyanın bir çox ölkələrində Qərbin yeritdiyi siyasət nəticəsində qətlə yetirilən insanların, xüsusilə Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində həyatı itirən insanların, ölkəsini tərk edənlətin hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətinə rast gəlmədik. Bu baxımdan yalnız məqsədyönlü şəkildə belə dairələrin hesabatlarında Azərbaycana qarşı təxribatlar yer alır. Təəssüf ki, bu, vahid bir strategiya əsasında həyata keçirlir".
E.Mirzəbəyli əlavə edib ki, ölkədə media sahəsində olan real vəziyyət hər kəsə bəllidir: "Azərbaycanda internet tamamilə azaddır, çoxsaylı KİV fəaliyyət göstərir, nadir ölkələrdən biridir ki, dövlət mediaya açıq şəkildə dəstək verir. Bu baxımdan hansı ittihamların irəli sürülməsindən asılı olmayaraq onların əsasında heç bir prinsipial məqam dayanmır, reallığı və həqiqəti əks etdirmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB