Mübariz Qurbanlı ASAN Radionun qonağı olacaq

Mübariz Qurbanlı ASAN Radionun qonağı olacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün ASAN Radionun "QəbuldASAN" verilişinin qonağı olacaq. SİA-nın məluamtına görə, "QəbuldASAN" verilişi bu gün saat 18:00-dan 19:00-dək yayımlanacaq.

ASAN Radio xəbər verir ki, veriliş zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini radikallıqla mübarizə sahəsində görülən tədbirlər və bunların nəticələri, dini savadlılığın səviyyəsinin artırılması, dini dözümsüzlüyün qarşısının alınması və Azərbaycanın tolerantlıq modeli, digər məsələlər barədə maraqlı açıqlamalar verəcək.

Qeyd edək ki, dinləyicilərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya sual vermək imkanı da olacaq.

Suallar vermək üçün əlaqə telefonu: (012) 565-61-00

Bütün xəbərlər Facebook səhifəmizdə