Döyüşə qadınlar gedir! YENİ QANUN

Döyüşə qadınlar gedir! YENİ QANUN

ABŞ administrasiyası ötən gün Pentaqonun qadın vətəndaşların hərbi qeydiyyata alınması təklifini faktiki olaraq dəstəkləyib. SİA xəbər verir ki, bu barədə Ağ Ev yanında Amerikanın milli təhlükəsizlik məsələləri üzrə rəsmi nümayəndəsi Ned Prays bəyan edib.

"Hərbi xidmət haqqında qanundakı öncəki maneələr artıq köhnəlib və bu baxımdan, administrasiyada qadınların hərbi xidmət keçməsi və ya hərbi qeydiyyata alınması məsələsi dəstəklənib"-deyə Praysın bəyanatında bildirilir.

Bununla yanaşı, o qeyd edir ki, qərarın dəstəklənməsinə baxmayaraq, Ağ ev 1973-cü ildə ləğv edilmiş hərbi çağırış qanununu bərpa etmək fikrində deyil. Sadəcə, hərbi qeydiyyatda olan vətəndaşlar, o cümlədən qadınlar yalnız böyük masştablı müharibə zamanı səfərbər olacaqlar.

Qeyd edək ki, bundan öncə ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan etmişdi ki, amerikalı qızlar silahlı qüvvələrin tərkibinə qatılaraq bütün mövqelərdə və hərbi hissələrdə hərbi xidmət keçmək hüququna malikdirlər. Müdafiə nazirliyinin rəhbəri həmçinin deyib ki, qadınların hərbi qeydiyyata alınması doğru addım olardı.

Xatırladaq ki, hazırkı dövrdə yalnız 18 yaşını tamam etmiş kişilər həbri qeydiyyata alınırlar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə