Tramp: “Siyasətimizi kökündən dəyişəcəyik” ÖNƏMLİ MESAJLAR

Tramp: “Siyasətimizi kökündən dəyişəcəyik” ÖNƏMLİ MESAJLAR

"ABŞ xarici ölkələrdə hökumət və rejimlərin devrilməsi cəhdi istiqamətində apardığı siyasətə son qoyacaq". SİA xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ötən gün Ohayonun Sinsinati şəhərində seçiciləri ilə keçirdiyi görüşündə bəyan edib. Onun sözlərinə görə, ABŞ-ın xarici siyasətinin əsas hədəfi xaos yaratmaq deyil, sabitliyin təmin olunması olacaq. Bu baxımdan, yeni siyasət əvvəlkilərdən köklü şəkildə fərqlənəcək.

"Biz axır ki, keçmişdə buraxılan səhvlərdən nəticə çıxarmağa, yeni xarici siyasət yürütməyə başlayacağıq"-deyə qeyd edən Tramp bildirib ki ABŞ-ın yeni hökuməti digər ölkələrlə ümumi maraqlar çərçivəsində əməkdaşlıq etməklə, xoşməramlı şəkildə yeni eraya qədəm qoyacaq.

O, həmçinin bildirib ki, gələn ilin 20 yanvarından fəaliyyətə başlayacaq ABŞ-ın yeni siyasi administrasiyası Yaxın Şərq siyasətində Amerikanın mövcud hakimiyyətindən fərqli olaraq yeni siyasət yürüdəcək: "Son hesablamalara görə, ABŞ Yaxın Şərq siyasəti istiqamətində 6 trilyon dollar pul xərcləyib. Lakin Yaxın Şərq bu gün heç vaxt olmadığı kimi çox acınacaqlı vəziyyətdədir".

Lakin Tramp bununla yanaşı Vaşinqtonun regionda aparacağı dəyişik siyasətin tərkib hissəsinin hansı addımlardan ibarət olacağını da deməyib.

Bu arada Trampın vitse-prezidentlik postuna təyin etdiyi Maykl Pens də sözügedən mitinqdəki çıxışında bildirib ki, Amerika hökuməti "İslam Dövləti" terror təşkilatı ilə sona qədər mübarizə aparacaq.

"Biz, "İslam Dövləti"nin məhv və darmadağın olması üçün əməkdaşlıq təklifi irəli sürən istənilən ölkə ilə partnoyrluq edəcəyik. Biz "İŞİD"i məhv edəcəyik"-deyə mitinqdə vurğulanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə