"Bakı Metropoliteni" QSC "Metro Gallery" layihəsi çərçivəsində bu gün "Nəriman Nərimanov" stansiyasının keçidində yeni sərgisini təqdim edib.
SİA-nın məlumatına görə, sərgidə 37 Azərbaycan rəssamının qrafika və rəngkarlıq janrında işlədiyi 90 əsəri nümayiş olunur.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, altı ay davam edəcək sərgidə həvəskar və peşəkar rəssamların əsərləri yer alıb. Qeyd edilib ki, Azərbaycan rəssamları" adlı bu tədbir "Bakı Metropoliteni" QSC "Metro Gallery" layihəsi çərçivəsində keçirilən 6-cı sərgidir.
Məqsədimiz peşəkar və həvəskar rəssamları populyarlaşdırmaq, metro sərnişinlərinin Azərbaycan milli təsviri sənəti ilə daha yaxından tanışlığını təmin etməkdir. Gələcək planlarımızda bu səpkidə yeni tədbirlərin keçiriləcəyi də nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB