İşğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı, "Wiener Zeitung" qəzetinin müxbiri Tomas Sayfert Xarici İşlər Nazirliyinə məktubla müraciət edib. O, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na daxil olunmamasını xahiş edib.
SİA-nın XİN-in mətbuat xidmətindən aldığı məlumata görə, məktubunda Tomas Sayfert Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirərək, işğal olunmuş ərazilərə qeyri-qanuni səfərinin Azərbaycan Respublikasının həmin ərazilərdə suverenliyini şübhə altına almadığını vurğulayıb.
Tomas Sayfertin media nümayəndəsi olmasını və müvafiq müraciətini nəzərə alaraq, onun adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsinə dair qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB