Mübariz Qurbanlı: "Azərbaycan xalqının ənənəsində tolerantlıq var"
"Qafqaz xalqlarını birləşdirən dəyər tolerantlıqdan irəli gələn dəyərdir. Azərbaycan xalqının ənənəsində də tolerantlıq var". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətdə tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb: "Bu gün dünyanın 40 ölkəsində münaqişələr mövcuddur. Bu gün Azərbaycan da Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir. Bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan didərgin düşüb. BMT, ATƏT və digər beynəlxalq təşkilatlar bu günə qədər bu problemin qarşısını ala bilməyib". M.Qurbanlı əlavə edib ki, münaqişələrə qarşı ən yaxşı mübarizə fobiyaların aradan qaldırılmasıdır: "Dinlər birgə mübarizə aparmalıdır. Böyük müharibələrə yol verməmək üçün ilk növbədə kiçik münaqişələrin aradan qaldırılması lazımdır. Əminəm ki, bu konfransda söylənilən fikirlər sülhə, tolerantlığa öz töhfəsini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB