Rusiya və Türkiyə XİN rəhbərləri Ərdoğanın bəyanatını müzakirə edəcəklər
Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə ordusunun prezident Bəşər Əsədin hakimiyyətinə son qoymaq üçün Suriyada olmasına dair bəyanatını müzakirə edəcəkər. SİA-nın RİA Novostiyə istinadən məlumatına görə, bu barədə Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov deyib. Onun sözlərinə görə, nazirlər dekabrın 1-də Alaniyada keçirəcəklər görüş zamanı qeyd edilən məsələni müzakirə edəcəklər.
Xatırladaq ki, prezident Ərdoğan İstanbulda keçirilən simpoziumda çıxışı zamanı belə bəyanat səsləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB