"Azərbaycanla İspaniya arasında çox yaxın əlaqələr var". Bunu SİA-ya açıqlamasında İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Dies deyib. Onun sözlərinə görə, iki ölkə bir-birini siyasi məsələlərdə dəstəkləyir: "Biz yalnız ikitərəfli deyil, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyirik".
Diplomat bildirib ki, Azərbaycanla İspaniya arasında siyasi dialoq mövcuddur. Onun sözlərinə görə, hazırda iki ölkənin ticarət dövriyyəsinin həcmi aşağı səviyyədədir: "İspaniya Azərbaycana əsasən keramik mebel və maşın hissələri ixrac edir. Ticarət dövriyyəsinin artırılması üçün potensial mövcuddur". O, İspaniyanın Azərbaycanda səfirlik açmaq planının oluğunu da əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB