İlham Əliyevin İspaniyaya səfəri gözlənilir

İlham Əliyevin İspaniyaya səfəri gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyaya rəsmi səfəri planlaşdırılır. Bu barədə SİA-ya İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Dies məlumat verib.

Onun sözlərinə görə, hazırda səfərin vaxtının müəyyənləşdirilməsi və proqramı ilə bağlı müzakirələr aparılır: "Ümid edirəm ki, səfər tezliklə baş tutacaq".

Diplomat bildirib ki, səfər zamanı Bakı ilə Madrid arasında Strateji Tərəfdaşlıq üzrə deklorasiyanın imzalanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə