Xədicə İsmayılın AXCP sədri Əli Kərimlini və digər radikal düşərgə təmsilçilərini "hakimiyyətə işləməkdə", o cümlədən başqa bir sıra ittihamlarda suçlaması nə qədər qəribə görünsə də, "Yurd" şefi tərəfindən cavablandırılmamış qalıb. Daha dəqiq desək, cəbhəçilərin "liderinin" X.İsmayıla verəcəyi cavab "Milli Şura"nın sədri Cəmil Həsənli tərəfindən verilib və bu, siyasətlə maraqlanan ictimai rəydə haqlı olaraq bəzi suallar doğurub. Məsələn, sual edilir ki, gecə-gündüz hakimiyyətin siyasətini "asıb-kəsən", feysbuk səhifəsində gündə bir neçə "ağıllı" kommentlər yazaraq, özünü zorla "fövqəlsiyasətçi" kimi göstərməyə çalışan Ə.Kərimli nəyə görə X.İsmayılın cavabını şəxsən verməyib, yaxud jurnalistin ona qarşı ünvanladığı ittihamların "əsassız" olduğunu sübuta yetirməkdən ötrü heç bir arqument gətirməyib və əvəzində C.Hsənlini qabağa verərək danışmağa məcbur edib? Məgər C.Həsənli Ə.Kərimlinin mətbuat katibi vəzifəsni daşıyır? Yoxsa onun bu vəzifəyə təyinatı olub və ictimaiyyət bundan xəbərsizdir? Hər halda sual budur ki, niyə AXCP sədrinin cavabını "Milli Şura" sədri verir? Bu suaların cavablarını təfsilatlı şəkildə vermək üçün yenidən məsələnin məğzinə söykənən bir sıra arqumentləri ortaya qoya bilərik.
C.Həsənlinin isə nəyə görə Ə.Kərimlinin yerinə cavab verməsinə yazının sonunda toxunacağıq.
Hər bir "siyasi məhbus" siyahısı, hər bir "siyasi mühacirin" qeydə alınması qrantların ödənilməsi ilə başa çatırdı
Təbii ki, burada bir sıra məqamlar mövcuddur və həmin məqamları analiz etdikcə hər şey gün kimi açığa çıxmış olur. Məsələn, bəlli olur ki, "mühacir biznesi" işində X.İsmayılla Ə.Kərimli arasında ciddi narazılıq yaşanıb və bu narazılıq sonradan tərtib edilən qondarma "siyasi məhbus" siyahısına da təsir edib. Daha dəqiq desək, bugünə qədər Ə.Kərimlinin yanından bir addım olsa geri çəkilməyən X.İsmayıın son dövrə qədər AXCP-nin və "Milli Şura"nın "tezislərini" işləməsi bəllidir. Bunun üçün Qərbin bir sıra Azərbaycan əleyhinə fəaliyyət göstərən və erməni lobbisinin maliyyə dəstəyi ilə siyasət yürüdən təşkilatları gizli qrantlar ayıraraq, adıçəkilən tərəflərin maddi vəziyyətlərini qarşılayırdı. Hər bir "siyasi məhbus" siyahısı, hər bir "siyasi mühacirin" qeydə alınması qrantların ödənilməsi ilə başa çatırdı. Ancaq bu dəfə tərəflər ortaq məxrəcə gələ bilməyiblər, səbəbi isə sadəcə tamahkarlıqdır! Yəni Ə.Kərimli daim ayrılan qrantları müxtəlif bəhanələrlə mənimsəyib, "əziyyət" çəkənlərə isə necə deyərlər, tulapayı atıb. Əlbəttə bu, belə davam edə bilməzdi və...
Və X.İsmayıl sonda bıçağın sümüyə dirəndiyini dərk edərək, Ə.Kərimliyə və sair radikal müxalifət təmsilçilərinə qarşı ittiham irəli sürüb. Belə ki, X.İsmayılın səsləndirdiyi fikirlərdə maraqlı detallardan biri də bütün bunları Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində keçirdiyi gizli görüşdə deməsidir. Qəzetimizə daxil olan səhih məlumata görə, X.İsmayıl Kərimlini "o, hakimiyyətə işləyir!" ittihamı ilə suçlayıb, üstəlik avropalı dostlarına "onlara qrant verməyin!" deyə xitab edib.
Kərimli Həsənlini güdaza verir
Beləliklə, uzun illərdir ki, "siyasi məhbus" siyahıları üzərindən qaz vurub-qazan dolduranlar hazırda X.İsmayılın sayəsində və Ə.Kərimlinin timsalında ifşa olunmaqdadırlar.
İndi isə qayıdaq yenidən C.Həsənlinin məsələsinə. Sirr deyil ki, Ə.Kərimli hazırda vəziyyətdən çıxış yolu axtarır və bilir ki, əgər X.İsmayıla da digərlərinə qarşı davrandığı kimi davranarsa, X.İsmayıl növbəti ifşaları ortaya çıxa bilər. Ona görə də AXCP sədri "Milli Şura" sədrinə göstəriş verib ki, özünün yerinə o danışsın. Yəni Kərimli Həsənlini güdaza verir.
Başqa tərəfdən, Kərimlinin özü də bilir ki, X.İsmayıl ona qarşı ittihamlarında haqlıdır. İndi, X.İsmayıl özünü düşünür və bundan sonra aldanmaq fikrində deyil. Düşünmək mümkündür ki, bu məsələ get-gedə daha da böyüyəcək və nəticəsi heç də tərəflər üçün yaxşı bitməyəcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB